ain.az, Azxeber.com saytına istinadən bildirir.
Sosial şəbəkələrdə və bəzi media subyektlərində yayımlanan məlumata görə, ATV-də yayımlanan "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğluna (ATV) şiddətli töhmət verilib.
Eyni zamanda qeyd edilib ki, aparıcının verilişinə çağırılan qonaqların seçimi bundan sonra daha diqqətlə aparılacaq.
AZXEBER.COM mövzu ilə bağlı ATV telekanalına sorğu göndərib.
Telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ozal İbrahimli bildirib ki, hər hansı aparıcıya töhmət verilməsi telekanalın daxili prosedurudur:
"Hər hansı bir əməkdaşın mükafatlandırılması və yaxud cəzalandırılması, həmçinin görülən tədbirin hansı səbəbdən olması hər bir təşkilatın daxili inzibati idarəetmə prosedurları ilə tənzimlənən məsələdir".
O eyni zamanda son günlər sosial şəbəkələrdə bayağı verilişlərlə bağlı tənqidlərdən sonra telekanalda hər hansı dəyişiiklik edilib-edilmədiyi sualını da cavablandırıb:
"Kanalımızda veriliş formatlarının dəyişilməsi, yenilənməsi və yaxud hansısa başqa yaradıcı proseslər isə hər zaman aparılır".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.