EN

“Görüldü” atıb cavab verməyi unudan 3 bürc

Mesaj qutunuzda qalan o “iki mavi işarə” bəzən diqqətsizlik deyil, tamamilə xarakter məsələsidir. Astrologiya dünyasında ən diqqətsiz, ən məşğul və "başqa dünyaya xas" 3 bürcünü açıqlayırıq. Əgər mesajınıza saatlarla cavab gəlmirsə, böyük ehtimalla bu siyahıdakılardan biri ilə yazışırsınız.

Ölkə.az “görüldü” atıb cavab verməyi unudan 3 bürcü təqdim edir:

1. Oxatan

O, yəqin ki, həmin anda təyyarə bileti axtarır və ya yeni bir məkanı kəşf edir. Telefon onun üçün məqsəd deyil, sadəcə vasitədir.

Daxili səsi:
“Mesajı gördüm, amma elə o anda çox gülməli bir şey oldu, gülə-gülə cavab yazmağı unutdum...”

2. Dolça

Onun zehni sanki 2077-ci ildə hansısa texnoloji problemi həll etməklə məşğuldur. Sosial qaydalar və “dərhal cavab verməliyəm” təzyiqi ona uyğun deyil.

Daxili səsi:
“Mesajı oxudum, beynimdə cavab da verdim. Elə bildim qarşı tərəfə çatıb. Çatmayıb ki?”

3. Əkizlər

Mesajı oxuyarkən bildiriş panelinə başqa xəbər, video və ya dedi-qodu düşür. Diqqəti saniyələr içində dəyişir.

Daxili səsi:
“Tam yazırdım ki, o videonu gördüm, sonra başqa qrupa keçdim, sonra acdım və mövzu bağlandı”.

Həmidə İbrahimova

Chosen
12
1
olke.az

2Sources