EN

SOCAR "Samsung E&A Co., Ltd." ilə regional sənaye mərkəzinin yaradılmasını planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Cənubi Koreyanın "Samsung E&A Co., Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Samsung E&A Co., Ltd." şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə enerji sahəsində tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur", - M. Cabbarov qeyd edib.

Onun sözlərinə görə, sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.

SOCARSOCARSOCARSOCAR
Chosen
1
3
fed.az

5Sources