EN

Neftin qiymətinə geosiyasi amillər necə təsir edir?

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 fevral, AZƏRTAC

Böyük Britaniya Rusiyanın 180 fiziki şəxsinə və neft daşıyan tankerlərinə əlavə sanksiyalar paketini qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu sanksiyalara Avstraliya, Kanada və Yeni Zellandiya da qoşulub.

Hazırda Rusiyanın 43 tankeri sanksiya siyahısındadır və onlardan 32-si neftlə dolu açıq dənizdə qalıb. Heç bir ölkənin limanı sanksiyalardan ehtiyat edərək bu gəmilərin sahilə yan almasına icazə vermir.

“Phillip Nova”nın analitikləri hesab edir ki, Rusiyaya qarşı sanksiyalar bazara əlavə neftin daxil olmasının qarşısını alır. Ekspert Priyanka Saçdeva hesab edir ki, bununla yanaşı OPEC-ə üzv olan dövlətlərin neft ehtiyatları azalıb ki, bu da dünya bazarında qiymətlərə təsir göstərir. Lakin ən başlıcası bu gün Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,43 dollar artaraq 71,2 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,4 dollar artaraq 66,03 dollar təşkil edib. Bu qiymət artımının əsas səbəbi İran ilə ABŞ arasındakı münasibətlərin kəskinləşməsidir. Rəsmi Vaşınqtonun səsləndirdiyi bəyanatlar bazara psixoloji təsir etdi və “Brent”in 1 barelinin qiyməti 73 dollara yaxınlaşdı. Lakin Ağ Evdə keçirilən müşavirədən sonra diplomatik danışıqların hələlik davam etməsi barəsində qərar qəbul edildi və növbəti görüşün fevralın 26-da Cenevrədə keçiriləcəyi bildirildi.

Bundan sonra, bazarda nisbi “sabitlik yarandı və qiymət artımı dayandı. “Brent” 71, WTI 68, “Azeri Light” 71 dollar ətrafında satışa çıxarılıb. Lakin bu düşüş bahalaşma tendensiyasını dayandırmayıb.

“Goldman Sachs” investisiya şirkətinin yeni proqnozuna əsasən bu gün dünya bazarında neftin qiymətinin bahalaşması müvəqqəti xarakter daşıyır. Şirkətin analitikləri hesab edir ki, 2026-cı ilin son rübündə “Brent” və WTI qiymətləri 6 dollara qədər ucuzlaşacaq və müvafiq olaraq 60, 56 dollara satılacaq. Proqnoza görə, Körfəzdə gərginlik olsa da hələ heç bir tankerin keçidinə maneə yaradılmayıb. Bununla yanaşı Qazaxıstan, İran, İraq və Venesuelada hasilat azalacaq. OPEC isə üzv dövlətlərə yeni kvota müəyyənləşdirərək hasilatın artırılması haqqında qərar qəbul edəcək ki, balans pozulmasın. Bankın hesabtına görə, 2026-cı ilin 2-ci yarısında dünya bazarında neftin orta qiyməti 65-61, 2027-ci ildə isə 70-66 dollara olacaq.

Hələlik isə neftin qiymətini geosiyasi amillər müəyyən edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
azertag.az

2Sources