EN

Zelenski: Növbəti üçtərəfli danışıqlar martın əvvəlində keçiriləcək

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli danışıqların martın əvvəlində keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukraine” məlumat yayıb.

“Görüş bizim fikrimizcə, martın əvvəlində olacaq”, - Zelenski bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, 26 fevralda Cenevrədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerovla ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun görüşü keçiriləcək.

“İlk mövzu - Ukraynanın bərpası paketidir, onun detalları müzakirə ediləcək. İkinci mövzu - üçtərəfli görüşün hazırlanmasıdır. Üçüncü mövzu isə mübadilədir. Umerov mübadilə detalları haqqında danışacaq”, - Zelenski qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
4
icma.az

6Sources