Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Keçən il ərzində Azərbaycanda himayədar ailələrə 225 min manatdan çox vəsait ödənilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumata görə, həmin vəsaitə himayədar ailəyə verilmiş uşağın tərbiyə edilməsinə görə, himayədar ailəyə verilmiş əlilliyi olan uşağın tərbiyə edilməsinə və himayədar ailəyə verilmiş uşağa mövsümi paltar almaq üçün verilən rüblük müavinət də daxildir.
Qeyd edək ki, himayədar ailələrə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə himayədar valideynlərə dövlət tərəfindən sosial yardım göstərilməsi məqsədilə aylıq sosial müavinət verilir.
Müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən əlilliyi olan uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda təyin edilir.
Müavinətin məbləği 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat təşkil edir.
Həmçinin himayədar ailəyə verilmiş əlilliyi olan 0-6 yaş arası uşağa görə 500 manat, 7-13 yaş arası uşağa görə 600 manat, 14-18 yaş arası uşağa görə 650 manat təşkil edir.
Müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilənin qüvvədə olduğu müddətə təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.
Xatırladaq ki, "Himayədar ailə modeli" 2023-cü ildən tətbiq olunmağa başlanılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.