EN

AMEA: Ramiz Mehdiyevin həqiqi üzvlükdən xaric edilməsi məsələsi qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək  

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı davam etdirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarılması məsələsi ilə bağlı Akademiya tərəfindən ictimaiyyətə bir neçə dəfə rəsmi açıqlama verilib. Akademiyanın rəhbərliyi bir daha Ramiz Mehdiyevin dövlət əleyhinə törətdiyi əməlləri qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən xaric edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək: “Ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi məhkəmə hökmü ilə təsdiq edildiyi halda, məsələ Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı üzvlərinin müzakirəsinə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək.

Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətində hüququn aliliyini, qanunçuluq prinsiplərini və hüquqi prosedurların şəffaflığını əsas kimi rəhbər tutduğunu bir daha vurğulayır”.

Chosen
5
49
azerbaijan-news.az

10Sources