EN

Messi buna görə peşmandır: Özümü cahil biri kimi hiss edirəm

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi maraqlı etiraf edib.

Publika.az xəbər verir ki, dünya çempionu və "Qızıl top"un səkkizqat qalibi olmuş argentinalı hücumçu ingilis dilini öyrənmədiyinə görə peşman olduğunu bildirib:

"Mən uşaqlıqda ingilis dilini öyrənməmişəm. Ən azı sonradan bu dili öyrənmək üçün vaxtım var idi, amma bunu etmədim və buna görə çox peşmanam.

Daha sonra inanılmaz və möhtəşəm insanlarla ünsiyyətdə olduğum vəziyyətlər oldu. Mən onlarla danışa bilərdim, amma bunun əvəzində özümü cahil biri kimi hiss edirdim".

Chosen
2
50
publika.az

10Sources