Sumqayıt şəhəri Corat bağları Şəhid Vüsal Allahyarov küçəsində yerləşən torpaq sahəsində qanunsuz tikilinin inşası ilə bağlı bizə şikayət daxil olub.
Ajans.az-a göndərilən məlumatda bildirilir ki, Sumqayıt şəhər Corat qəsəbəsində qonşu qonşunun həyətində icazəsiz evlər tikir. 12 sot torpağın içində həyət evi olmasına baxmayaraq əlavə 2 mərtəbəli 6 yeni ev inşa edilir.Şikayətçi vətəndaş söyləyib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Nə istəsək edərik gedin kimə isdəyirsiniz deyin” cavabını alıblar.