EN

Xocalı soyqırımı bir millətin yaddaşı və ədalət çağırışıdır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 25 fevral, AZƏRTAC

Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərkəzin rəhbəri Murad Muradov çıxış edərək gənclərə Xocalı faciəsinin tarixi həqiqətləri haqqında ətraflı məlumat verib. Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ilə tarixi ədalət bərpa olunub. Xocalı artıq dirçələn, yenidən həyat qazanmış bir məkana çevrilir.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
azertag.az

1Sources