EN

Sabiq şahzadə Endryunun keçmiş həyat yoldaşı həbs oluna bilər

Sabiq şahzadə Endryunun keçmiş həyat yoldaşı Sara Fergüson Böyük Britaniyaya qayıdarsa, həbs olunacaq.

News365.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin "National Enquirer" tabloidi mənbələrə istinadən məlumat verib.

Qeyd olunur ki, qadının adı ABŞ Ədliyyə Nazirliyinin maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlərində yer alıb. İndi Sara Fergüson hüquq-mühafizə orqanlarının növbəti hədəfinə çevrilə bilər.

Qadın Birləşmiş Ərəb Əmirliklərində görüntülənib. Mənbə qeyd edib ki, onun bu ölkəyə səfəri tətillə deyil, "sağ qalmaqla" bağlıdır.

"Ciddi narahatlıqlar var ki, əgər Böyük Britaniyaya qayıdarsa, Endryunun ucbatından yaranan hüquqi xaosa qarışa və hətta özü də həbsə düşə bilər", - deyə başqa bir mənbə bildirib.

Chosen
8
2
news365.az

3Sources