Rusiyada hava limanına terror cəhdinin qarşısı alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Krasnodar diyarında qeydə alınıb. Məlumata görə, FSB əməkdaşları bölgədəki hərbi aerodromda Ukrayna kəşfiyyat xidmətlərinin əmri ilə planlaşdırılan terror aktının qarşısını alıblar.
"İstintaq əməliyyatları zamanı 1986-cı il təvəllüdlü Rusiya vətəndaşının Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə WhatsApp vasitəsilə könüllü əlaqə qurduğu müəyyən edilib. Rəhbərinin tapşırığı ilə o, Kubandakı hərbi obyektlərin fəaliyyəti ilə bağlı fotoşəkillər və videolar toplayıb və ötürüb. Daha sonra xarici kəşfiyyat xidmətinin başqa bir tapşırığının bir hissəsi olaraq, Krasnodar diyarındakı aerodromda hərbi təyyarəni yandırmaq üçün yandırıcı qarışıqlar hazırlayıb", - deyə açıqlamada bildirilir.
Şübhəli şəxs yanğın törətməyə hazırlaşarkən saxlanılıb. Cinayət işi açılıb və məhkəmə qərarı ilə həbs edilib.
Anar