Ufada pensiyaçı qadın mənzil üstündə mübahisə etdiyi doğma oğlunu qətlə yetirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyanın Ufa şəhərində mənzil satışı ilə bağlı ailə daxilində yaranan münaqişə qanlı sonluqla bitib.
Hadisə günü 47 yaşlı kişi sərxoş vəziyyətdə olub və anası Alevtina ilə mətbəxdə mübahisə etməyə başlayıb. Münaqişəyə səbəb mövcud mənzilin satılaraq fərdi evə köçmə planı olub.
Tərəflər arasında yaranan fikir ayrılığı kəskinləşib və razılığa gələ bilməyən ana mətbəxt bıçağı ilə oğlunun qarın nahiyəsinə dörd zərbə endirib.
Aldığı ağır xəsarətlər nəticəsində 47 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Məhkəmənin hökmü ilə Alevtina qəsdən adam öldürməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xuraman Etibarlı
İnterpress.az