EN

Göyçayda qəbiristanlığı su basdı – VİDEO

Göyçay rayonu, Potu kənd qəbiristanlığını su basıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Ərazini basan su səbəbindən bir neçə qəbir tam dağılıb, bir çox məzar su altında qalıb, qəbiristanlığa ciddi ziyan dəyib.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, problemdən məlumatlıdırlar:

“Qəbiristanlığı yaxınlıqda yaşayan vətəndaşın məsuliyyətsizliyinə görə su basıb. Vətəndaş əkin sahəsini suvarmaq üçün suyu açıb, vaxtında bağlamadığı üçün bu problem yaranıb. Vətəndaşla bağlı tədbir görülüb. Subasmanın qarşısı alınıb, məsələ artıq həll olunub”.

Chosen
17
nocomment.az

1Sources