UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinə yekun vurulacaq.


Rekord.az xəbər verir ki, 1/8 finala yüksələn daha 4 komanda müəyyənləşəcək.


"Atalanta" evdə "Borussiya"nə qəbul edəcək.


Fransa komandaları PSJ və "Monako" isə Parisdə üz-üzə gələcəklər.


"Yuventus" İtaliyada "Qalatasaray"la, "Real" İspaniyada "Benfika" ilə görüşəcək.


UEFA Çempionlar Liqası

Pley-off mərhələsinin cavab oyunları

25 fevral


21:45. Atalanta (İtaliya) - Borussiya (Dortmund, Almaniya)

İlk oyun – 0:2.


00:00. PSJ (Fransa) - Monako (Fransa)

İlk oyun – 3:2.


00:00. Yuventus (İtaliya) - Qalatasaray (Türkiyə)

İlk oyun – 2:5.


00:00. Real (İspaniya) - Benfika (Portuqaliya)

İlk oyun – 1:0.