EN

Audiovizual Şuranın iclasında nələr müzakirə olunub? - AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə və bir sıra xəbər portallarında bəzi televiziya verilişlərinin yayımının dayandırılması ilə bağlı məlumatlar yayılıb. Belə ki, Audiovizual Şurada televiziya kanalının məsul şəxsləri ilə bağlı iclas keçirilib. İclas zamanı efirdə yayımlanan verilişlər müzakirə olunub, bir sıra narazılıqlar qeyd olunub.


Manset.az iclasda hansı məsələlərin müzakirə olunması ilə bağlı Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovla əlaqə saxlayıb. O bildirib ki, televiziyaların məsul şəxslərinin diqqətinə müəyyən məsələlər çatdırılıb.

"Dünən televiziyaların məsul şəxsləri ilə görüş keçirilib. İclasda bir çox məsələlər müzakirə olunub. Dünənki iclasda müəyyən məsələlər televiziya rəhbərlərinin nəzərinə çatdırılıb. Cəmiyyətdə gedən proseslər və dövlətin qarşısında duran vəzifələrlə bağlı məsələlər nəzərə çatdırılıb. Hər zaman bu sahədə çatışmazlıqlar olduqda, Şura tərəfindən qanunauyğun tədbirlər görülür. Cərimələr tətbiq olunur, efirin yayımı dayandırılır və başqa müvafiq tədbirlər həyata keçirilir. Dünən də Audiovizual Şurada televiziya rəhbərləri ilə açıq və səmərəli söhbət aparılıb".


Chosen
2
manset.az

1Sources