EN

Türk iş adamı: Azərbaycanda həyata keçirdiyimiz layihələr üçün yükləri Zəngəzur dəhlizi ilə göndərəcəyik

Bakı, 25 fevral, AZƏRTAC

Rəhbərlik etdiyim şirkət Azərbaycanda bir çox işlər həyata keçirib. Bakıda və Şuşadakı otellərin, ticarət mərkəzlərinin xəstəxana və ofislərin daxilini dizayn edir və mebel təminatını həyata keçiririk. Hazırda işğaldan azad edilən Qarabağda geniş quruculuq və bərpa işləri aparılır və biz də sifarişlər alırıq.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin “ROGİ-Ahsap” şirkətinin rəhbəri Aziz Özdəmir deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyənin dost və qardaş ölkə olmaları, həmçinin hər iki dövlətin başçsının dostluq münasibətləri iş adamları və biznes strukturlarına daha sıx əməkdaşlıq əlaqələri qurmaq üçün böyük imkanlar yaradır.

“Azərbaycanın iqtisadi potensialı təkcə Türkiyə ilə deyil, dünyanın müxtəlif ölkələri ilə faydalı əməkdaşlıq əlaqələri qurmağa imkanı verir. Hazırda Azərbaycan qlobal xarakterli iqtisadi layihələrin həyata keçirilməsinə çalışır və bu işdə Türkiyə ilə birlikdə addımlayır. Orta Dəhliz və onun davamı olam Zəngəzur dəhlizi iki dost və qardaş ölkə arasındakı nəqliyyat, tranzit və logistika əlaqələrini artıracaq. Orta Dəhliz Mərkəzi Asiya ilə Türkiyəni Azərbaycan vasitəsilə birləşdirən layihədir ki, bu da Türk dünyasının birliyinə nail olmaq deməkdir. Digər tərəfdən bu gün dünya biznesi üçün zaman çox əhəmiyyətlidir. Orta Dəhliz Asiya ölkələrindən Avropaya daşınan yükləri 20 günə deyil 10 günə çatdıracaq ki, bu da nəqliyyat xərclərinin azalması ilə yüklərin mənzil başına tez çatdırılmasını təmin edəcək”, - deyə A.Özdəmir vurğulayıb.

Şirkət rəhbərinin sözlərinə görə, Azərbaycan ilə nəqliyyat əlaqələsini məhz Zəngəzur dəhlizi vasitəsilə qurmağı planlaşdırıb: “Dəhliz hazır olduqdan sonra Azərbaycanda həyata keçirdiyimiz layihələr üçün yükləri bu marşrut ilə göndərəcəyik”.

Chosen
12
1
azertag.az

2Sources