Bakı. Trend:
Monteneqro Prezidenti Yakov Milatoviç XIII Qlobal Bakı Forumundaiştirak etmək məqsədilə Azərbaycana səfərə gələcək.
Trend-indiplomatik mənbəyə istinadən verdiyi məlumata görə, MilatoviçBakıda keçiriləcək forumun növbəti sessiyasında iştirak edəcək.
Sessiya çərçivəsində dünya liderləri və siyasətçilər beynəlxalqtəhlükəsizlik, dayanıqlı inkişaf və çoxtərəfli əməkdaşlıqməsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçidmərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır.2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzitərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiqdövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçünregional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunuoynayır.
Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrətəsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri vəbeynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.