EN

Yevlaxda baş vermiş yanğın zamanı xəsarət alan kafe sahibi vəfat etdi

Yevlaxda baş vermiş yanğın zamanı xəsarət almış kafe sahibi müalicə aldığı xəstəxanada vəfat edib.
 
Moderator.az xəbər verir ki, hadisə dünən Aran qəsəbəsində baş vermişdi.
 
Yanğın zamanı müxtəlif bədən xəsarətləri alan 1969-cu il təvəllüdlü Ruslan Sadıqov rayon xəstəxanasında ilkin yardım aldıqdan sonra paytaxt klinikalarından birinə köçürülmüşdü.
 
Qeyd edək ki, ötən gün Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb.
 
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
 
“Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə əlavə edilib.
 
Chosen
5
1
moderator.az

2Sources