EN

Vaşinqtonun Ukraynaya göndərdiyi bütün hərbi yardımlar NATO vasitəsilə həyata keçirilir -Tramp

ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, Vaşinqtonun Ukraynaya göndərdiyi bütün hərbi yardımlar NATO vasitəsilə həyata keçirilir və alyans üzvləri bunun əvəzini tam şəkildə ödəyirlər.

Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.

“Ukraynaya göndərdiyimiz hər şey NATO vasitəsilə keçir və onlar bizə tam ödəyirlər”, – deyə ABŞ lideri  vurğulayıb.

Tramp həmçinin xatırladıb ki, hərbi blok ölkələri NATO-nun ümumi büdcəsinə ÜDM-lərinin 5 faizi həcmində vəsait ayırmaq barədə razılığa gəliblər.

Aytəkin TOFİQQIZI

Chosen
14
1
redaktor.az

2Sources