EN

Paşinyan iki günlük rəsmi səfərlə Polşaya GETDİ

Nikol Paşinyan Polşaya iki günlük rəsmi səfərə yola düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 25-də iki günlük rəsmi səfərlə Polşaya yola düşüb.

Səfər çərçivəsində Baş nazirin polşalı həmkarı Donald Tusk ilə təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılır.

Danışıqlar zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Səfər proqramına həmçinin digər yüksək səviyyəli rəsmi görüşlər də daxildir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
27
interpress.az

1Sources