EN

Türkiyədə F-16 qəzası - Pilot şəhid oldu

Türkiyədə Reaktiv Baza Komandanlığına məxsus F-16 təyyarəsinin qəzaya uğraması nəticəsində bir pilot şəhid olub. 

“İki sahil” xəbər verir ki, bu  barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlik şəhid olan pilotun Hava Pilotu Mayor İbrahim Bolat olduğunu açıqlayıb. Gecə saatlarında baş verən hadisə ilə bağlı istintaq başladılıb. 

Hadisə Balıkesir vilayətində qeydə alınıb. Hadisənin baş vermə səbəbi araşdırılır. 

Chosen
8
2
ikisahil.az

4Sources