Lənkəranda torpaq sürüşməsi: asfalt qatı çökdü - Foto
Lənkəran rayonunda torpaq sürüşməsi baş verib, Hirkan–Daşdatük–Biləsər yolunda asfalt qatı çöküb.BUTA.TV xəbər verir ki, sürüşmə rayonun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda baş verib. Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.