Yevlaxda yanğın zamanı xəsarət alan kafe sahibi müalicə aldığı xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, hadisə ötən gün Aran qəsəbəsində baş verib. Yanğın zamanı müxtəlif bədən xəsarətləri alan 1969-cu il təvəllüdlü Ruslan Sadlqov Rayon Xəstəxanasında ilkin yardım aldıqdan sonra paytaxt klinikalarından birinə köçürülüb. Amma orda onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov