EN

“Qarabağ”dan Çempionlar Liqasında antirekord

“Qarabağ” Çempionlar Liqasında arzuolunmaz göstərici ilə yadda qalıb.

Msport.az xəbər verir ki, İngiltərədə keçirilən pley-off mərhələsinin cavab oyununda Ağdam təmsilçisi səfərdə “Nyukasl”a 2:3 hesabı ilə məğlub olub.

Bu qarşılaşmada buraxılan qollar “Qarabağ” üçün cari mövsümdə 28-ci, 29-cu və 30-cu olub. Bununla da Azərbaycan klubu Çempionlar Liqasında bir mövsüm ərzində ən çox qol buraxan komanda kimi antirekorda imza atıb. Əvvəlki ən pis göstərici 28 qol idi.

Qeyd edək ki, buraxılan topların təxminən 1/3-i məhz “Nyukasl”la oyunlara təsadüf edib. İlk matçda “Qarabağ” 1:6 hesabı ilə darmadağın olmuşdu. İki görüşün ümumi nəticəsi isə 3:9 olub.

Chosen
2
1
msport.az

2Sources