EN

BSU ilə ADNSU birgə layihələrə başlayır

ain.az bildirir, Hurriyyet portalına istinadən.

Fevralın 24-də Bakı Slavyan Universiteti (BSU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulan Əməkdaşlıq memorandumu imzalanıb.

Görüş zamanı birgə həyata keçirilə biləcək layihələr barədə müzakirələr aparılıb, əməkdaşlıq çərçivəsində Qərbi Azərbaycan abidələrinin “Rəqəmsal İrs” platformasının yaradılması əsas hədəf kimi müəyyən edilib.

ADNSU və BSU-nun prorektorları, struktur bölmə rəhbərləri,bir sıra şöbə müdirlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan ADNSU-nun rektoru Rüfət Əzizov universitetin tarixi, fəaliyyət istiqamətləri, tədris prosesinin mövcud vəziyyəti və təhsil ocağının beynəlxalq əlaqələrihaqda məlumat verib. O, universitetin əsas hədəfinin tədqiqat universitetinə çevrilmək olduğunu diqqətə çatdırıb.

BSU-nun rektoru Anar Nağıyev səmimi görüşə görə təşəkkür edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inkişaf istiqamətlərindən bəhs edib. Rektor diqqətə çatdırıb ki, dilçilik sahəsində tədqiqatlar, dillərin öyrənilməsi istiqamətində mərkəzə çevrilmək universitetin əsas strateji məqsədlərindən biridir. Eyni zamanda rektor vurğulayıb ki, BSU-da “Psixologiya” ixtisası və “Tədrisdə sosial-psixoloji xidmət” ixtisası üzrə də kadr hazırlığı həyata keçirilir və artıq həmin ixtisaslar üzrə universitetdə fəaliyyət göstərən SABAH qruplarında da tədris təşkil olunur.

Daha sonra ADNSU-nun Startap və texnologiyaların transferi ofisinin müdiri Əhməd Əhmədzadə universitetin innovasiya mərkəzinin fəaliyyət istiqamətləri üzrə təqdimatla çıxış edib. Görüşdə innovasiya ekosisteminin inkişafı, eləcə də BSU ilə bu sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşün yekununda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Görüş çərçivəsində BSU nümayəndə heyəti ADNSU-nun Tarix və Mineralogiya muzeylərində, Kitabxana İnformasiya Mərkəzində olub, təhsil ocağının tədqiqat infrastrukturu və innovasiya imkanları ilə tanış olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
2
hurriyyet.az

3Sources