EN

Ən etibarlı avtomobil brendləri – Reytinq

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ən etibarlı avtomobil brendləri reytinqi açıqlanıb.

Banco.az Consumer Reports-un etibarlılıq göstəricilərinə əsaslanan araşdırmasına istinadən xəbər verir ki, araşdırma təxminən 380 min avtomobil üzrə toplanmış məlumatlar əsasında hazırlanıb.

Siyahıda yer alan ballar proqnozlaşdırılan etibarlılığı göstərir və daha yüksək bal daha az problem deməkdir.

Reytinqə əsasən, ötən il ən etibarlı avtomobil brendi 66 balla Toyota olub. İkinci yerdə 63 balla Subaru, üçüncü yerdə isə 60 balla Lexus qərarlaşıb. Dördüncü pillədə 59 balla Honda, beşinci yerdə isə 58 balla BMW yer alır.

Siyahının davamında 57 balla Nissan, 54 balla Acura, 51 balla Buick, 50 balla Tesla və 49 balla Kia ilk onluğu tamamlayır.

Daha aşağı pillələrdə isə Ford, Hyundai, Audi, Mazda, Volvo, Volkswagen, Chevrolet və Mercedes-Benz kimi brendlər qərarlaşıb. 

Məlumatlara əsasən, ilk üçlükdə yer alan Toyota, Subaru və Lexus Yaponiyanın etibarlı və uzunömürlü avtomobil istehsalçısı kimi mövqeyini bir daha təsdiqləyir. Bununla yanaşı, Tesla əvvəlki illərlə müqayisədə bir neçə pillə yüksəlib ki, bu da əsasən Model 3 və Model Y modellərinin etibarlılıq göstəricilərinin yaxşılaşması ilə izah olunur.

Qeyd olunur ki, proqnozlaşdırılan etibarlılıq balı geri çağırma statistikasına deyil, Consumer Reports üzvlərinin sorğular zamanı bildirdiyi problemlərə əsaslanır. Daha yüksək bal digər brendlərlə müqayisədə daha az nasazlıq və problem qeydə alındığını göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
18
1
banco.az

2Sources