EN

Avropanın ən böyük bankının mənfəəti azalıb

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

Avropanın ən böyük bankı olan HSBC Holdings 2025-ci il üzrə vergidən əvvəlki mənfəətinin 2024-cü illə müqayisədə 7,4% azalaraq 29,9 milyard dollara düşdüyünü açıqlayıb.

Marja xəbər verir ki, 2024-cü ildə qeydə alınmış 32,3 milyard dollarlıq rekord göstəricidən sonra baş verən bu azalmaya baxmayaraq, bank analitiklərin 28,9 milyard dollarlıq orta proqnozunu üstələməyi bacarıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dördüncü rübdə güclü bərpa

HSBC 2025-ci ilin son rübündə (oktyabr-dekabr) nəticələrini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. Bank dördüncü rübdə 4,72 milyard dollar xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 197 milyon dollarlıq xalis mənfəətlə müqayisədə xeyli yüksəkdir.

Bankın rüblük vergidən əvvəlki mənfəəti 6,80 milyard dollar təşkil edib. 2024-cü ilin eyni dövründə bu rəqəm 2,28 milyard dollar idi.

Həmin dövrdə xalis faiz gəliri 9,20 milyard dollar, xalis komissiya və xidmət haqları üzrə gəlir isə 3,19 milyard dollar olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
marja.az

2Sources