EN

“MPAY” ödəmə terminalından oğurluq etdi

Yazını böyüt
Yazını kiçilt

Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “MPAY” ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Hafta.az-a bölgə müxbirinə bildirilib ki, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığında oğurluq əməlini həyata keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
9
11
hafta.az

10Sources