Ermənistanda aprelin 1-dən etibarən pensiyalar artacaq.
Â
Modern.az xəbər verir ki, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan əhaliyə video müraciət edib.
Â
Baş nazir nisbətən aşağı pensiyaların 10.000 dram (26.50 dollar), yüksək pensiyaların isə daha az məbləğdə artacağını qeyd edib. O, qeyd edib ki, keşbek nəzərə alınmaqla artım daha yüksək olacaq.
Â
Baş nazir həmçinin pensiyaların niyə indi artırıldığı sualına da cavab verib.
Â
"Birincisi, 2025-ci ildə Ermənistanda iqtisadi artım, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən proqnozlaşdırılandan daha yüksək olub. Bu, əlavə imkanlar yaradır və Ermənistan vətəndaşları bundan faydalanmalıdır", - deyə Paşinyan qeyd edib.
Â
Paşinyanın sözlərinə görə, artım minimum pensiyanı minimum istehlak səbəti ilə uyğunlaşdırmaq məqsədi daşıyır və hakimiyyət buna 2026-cı ilin iyun ayına qədər nail olacağına söz verib.
Â
Xatırladaq ki, Ermənistanda 4 aydan sonra parlament seçkiləri baş tutacaq.