EN

I Liqa: "Şəfa" bir ay əvvəl uduzduğu rəqibə qarşı, "Mingəçevir" "hərbçilər"lə üz-üzə

Azərbaycan I Liqasında XVI tura bu gün yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç baş tutacaq.

Əsas izləyicilərinin ötən gün büdrəməsindən yararlanmaq istəyən "Şəfa" "Difai" ilə səfər qarşılaşmasından 3 xalla dönmək və zirvədəki mövqeyini möhkəmləndirmək niyyətindədir. Yeri gəlmişkən, komandalar ötən ay qış hazırlığı çərçivəsində yoxlama görüşündə üz-üzə gəlmiş, "Difai" matçdan 1:0 qalib ayrılmışdı.

Çempionluğa iddialı komandalardan olan və ötən gün lideri büdrətməyi bacaran "Mingəçevir" isə MOİK-i sınağa çəkəcək.

Nəhayət, Şamaxıda iki şimal təmsilçisi üz-üzə gələcək. "Zaqatala" səfərdə "Şahdağ Qusar" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Şimal" "Cəbrayıl"ı 3:2 hesabı ilə yenib, "Səbail" - "Baku Sportinq" derbisində isə qalib müəyyənləşməyib (0:0).
 
Azərbaycan I Liqası
XVI tur
25 fevral

15:00. “Şahdağ Qusar” – “Zaqatala” 
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

15:00. “Difai” – “Şəfa” 
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Ağsu. Şəhər stadionu.

15:00. “Mingəçevir” – MOİK
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).

Chosen
3
1
fanat.az

2Sources