EN

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Hafta.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, başsağlığında deyilir:

"Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Chosen
8
34
hafta.az

10Sources