EN

Gümüşün qiyməti 90 dolları ötüb

“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin mart ayı üzrə gümüş fyuçersinin qiyməti 4 fevral 2026-cı ildən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün $90 həddini keçib. Bu barədə ticarət platformasının məlumatlarında bildirilir.

Bakı vaxtı ilə saat 09:34-ə olan məlumata görə, qiymətli metalın dəyəri 2,86% artaraq bir troya unsiyası üçün $90,01 təşkil edib.

Saat 09:50-yə olan məlumata əsasən, gümüşün qiyməti artımı sürətləndirərək $90,97 səviyyəsinə yüksəlib (+3,96%).

“Comex” birjasında 2026-cı ilin aprel ayı üzrə qızıl fyuçersi isə bir troya unsiyası üçün $5 227,6 səviyyəsində olub (+0,99%).

Eyni zamanda, NYMEX birjasında 2026-cı ilin mart ayı üzrə palladium fyuçersi $1 850,5 səviyyəsində qərarlaşıb (+1,8%), 2026-cı ilin aprel ayı üzrə platin fyuçersi isə 4,12% artaraq $2 277,5-ə çatıb.

Chosen
13
banker.az

1Sources