EN

“Nyukasl”ın baş məşqçisi: “İdeal oyun sərgiləmədik”

“Qarabağ”a qarşı oyunda hesab 2:0 olarkən rəqibin müdafiə xəttini keçməkdə çətinlik çəkdik”.

Msport.az xəbər verir ki, bunu “Nyukasl”ın baş məşqçisi Eddi Hau “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib: “1/8 finala yüksəlmək bizim üçün tarixi uğurdur. Bu axşam ideal oyun sərgilədiyimizi deməzdim. Görünür, əsas çətinliyimiz görüşün əvvəlində hesabı 2:0 etməyimizdən sonra yarandı. Daha çox qol vurmaq üçün lazımi istəyi və aqressiyanı göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesab 2:0 olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik”.

O, qitənin ən nüfuzlu klub turnirində böyük təcrübələr qazandıqlarını bildirib: “Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. Hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəlmişdi.

Chosen
14
2
msport.az

4Sources