EN

Almaniya avtomobil sənayesi həyəcan təbili çalır

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın avtomobil sənayesinin  mərkəzi olan Baden-Vürtemberqdə iqtisadi böhran dərinləşdikcə, sektor struktur böhranı ilə üzləşir.

Banco.az xəbər verir ki, ölkənin Çinə ixracı kəskin şəkildə azalıb və iflaslar artmaqdadır.

Bir vaxtlar ölkənin istehsal gücü və ixrac göstəriciləri baxımından iqtisadi mühərriki olan region qlobal rəqabət qabiliyyəti, elektrikli nəqliyyat vasitələrinə keçiddəki dalğalanmalar və artan xərclər səbəbindən ciddi bir sınaqla üzləşir. Bölgədəki vəziyyət təkcə böyük brendlərə deyil, həm də yüzlərlə kiçik və orta təchizatçıya birbaşa təsir göstərir. Avtomobil təchizat zənciri çökür.

Qeyd edək ki, Baden-Vürtemberq "Mercedes-Benz" və "Porsche" kimi qlobal brendlərə ev sahibliyi edir. Uzun illər Alman mühəndisliyinin simvolu olan bu istehsal mərkəzi ,xüsusilə Çindən gələn güclü rəqabət, elektrikli nəqliyyat vasitələrinə keçiddəki balanssızlıq və artan istehsal xərcləri səbəbindən təzyiq altındadır . Avtomobil sektorundakı daralma birbaşa təchizat zəncirində əks olunur və yüzlərlə kiçik istehsalçını çətinliyə salır.

Chosen
35
banco.az

1Sources