EN

Saat 14:00 da İşıq Kəsiləcək bu ərazilərdə

ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Fevralın 25-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Doğru.az xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb.

Bildirilib ki, Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq və Düylün 10 kV-luq elektrik xətləri rayon ərazisində yüksəkgərginlikli xətlərin çəkilməsi ilə əlaqədar sifariş əsasında müvəqqəti olaraq açılacaq.

Aparılan işlərlə əlaqədar olaraq Ordubad rayonunun Aza, Azad, Dizə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə, Gilançay, Düylün, Cənnəb, Üstüpü və Məzrə kəndlərində saat 14:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qeyd edək ki, planlı təmir tədbirləri enerji təchizatı sisteminin gücləndirilməsi, şəbəkənin etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ərazilərdə elektrik xətləri və yarımstansiyalarda mərhələli yenilənmə işləri nəzərdə tutulub.

DOĞRU.AZ 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
12
dogru.az

10Sources