EN

Norveçli baş məşqçi türk komandasının başına keçdi: Bütün gücümüzlə çalışacağıq

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Türkiyənin "Kayserispor" komandası norveçli baş məşqçisi Erling Moe ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni baş məşqçi artıq vəzifəsinin icrası üçün Kayseriyə gəlib.

Erling Moe Erkilet Hava Limanında "Kayserispor"un vitse-prezidenti Süleyman Akın və azarkeşlər tərəfindən qarşılanıb.

Norveçli məşqçi "Kayserispor"un bazasına baş çəkib və deyib: "Yeni komandamı üst sıralara çıxarmaq, azarkeşlərin qəlbini fəth etmək üçün bütün gücümüzlə çalışacağıq"

Məlumatda deyilir ki, bu gün Erling Moe ilə 1,5 il müddətinə  müqavilə imzalanacaq.

Fərid Aslan

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
mia.az

1Sources