ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Drujba” neft kəmərinin zədələnməsinə görə məsuliyyət Ukraynanın deyil, Rusiyanın üzərinə düşür və Macarıstan Baş naziri Viktor Orban Moskva ilə danışıqlar aparmalıdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Əvvəla, boru kəmərini məhz Rusiya dağıdıb. Əgər maliyyə dəstəyini bloklamaq istəyirlərsə, qoy Rusiyanı bloklasınlar, çünki neft kəmərinin dağıdılmasının səbəbi Ukrayna deyil. İkincisi, bu artıq ilk dağıntı deyil və əminəm ki, ruslar tərəfindən sonuncu da olmayacaq”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanın məhz Rusiyanın bu infrastruktura dəfələrlə hücum etdiyini sübut edən kifayət qədər dəlili var – o cümlədən peyk görüntüləri və tərəfdaşlardan alınmış digər təsdiqlər.
“Orban məhz Putinlə danışsın, bəlkə enerji sahəsində atəşkəs və ya buna bənzər bir şey barədə. Amma belə ola bilməz ki, Rusiya nəyisə dağıtsın, Ukrayna isə onu bərpa etsin”, – deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenski əlavə edib ki, zədələnmiş infrastrukturu bərpa etmək çox vaxt təkrar hücumlar səbəbindən təhlükəli olur.
Qeyd edək ki, Macarıstan Ukraynanı "Drujba" boru kəməri ilə neft tədarükünü dayandırmaqda ittiham edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.