EN

Rusiya hökuməti Kasparov barəsində qiyabi həbs qərarını 2 il də artırdı



Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov barəsində xarici agent kimi vəzifələrini yerinə yetirməməklə bağlı iki maddə üzrə cinayət işi açılıb. Üstəlik, bu cinayət işi terrorizmi haqlı çıxarmaqla birləşdirilərək, Kasparovun qiyabi həbsinə qərar verilib.

Məhkəmə qeydlərinə görə, bu iki maddə maksimum iki il həbs cəzası nəzərdə tutur.

Apellyasiya qərarında bildirilir ki, 2025-ci ilin dekabr ayının sonlarında Kasparov barəsində terrorizmə açıq çağırışlar, terrorizmi açıq şəkildə haqlı çıxarmaq və ya təbliğ etmək ittihamı üzrə qiyabi olaraq 7 il həbs cəzası elan edilib. Moskva Şəhər Məhkəməsi bu qərarı qüvvədə saxlayıb və apellyasiya şikayətini rədd edib.

Qeyd edək ki, daha öncə - 2024-cü ildə Komi məhkəməsi şahmatçını terror təşkilatının yaradılması, ona rəhbərlik edilməsi, eləcə də terror fəaliyyətinin maliyyələşdirilməsi və ictimai əsaslandırılması ilə qiyabi olaraq həbs etmişdi.

2025-ci ildə FSB hakimiyyətin zorla ələ keçirilməsi və Kasparovun həmtəsisçilərindən biri olduğu "Rusiyanın Müharibəyə Qarşı Komitəsi"nin üzvlərinə qarşı terrorçu qruplaşmanın təşkili ilə bağlı cinayət işi açıldığını elan edib.

Xatırladaq ki, Bakıda doğulan Harri Kasparov sovet və rus şahmatçısı, 13-cü Dünya Şahmat Çempionu, SSRİ-nin Əməkdar İdman Ustası və Dünya Şahmat Olimpiadasının səkkizqat qalibidir. 2005-ci ildə şahmatdan ayrıldığını elan edən qrosmeyster yeddi il sonra Rusiya Müxalifətinin Koordinasiya Şurasına seçilib, ardınca isə Rusiyanı tərk etdiyini və siyasi fəaliyyətini xaricdə davam etdirdiyini elan edib.

SAMİRƏ

Chosen
9
baki-xeber.com

1Sources