EN

Çilidə yük maşınının partlaması nəticəsində 11 nəfər öldü

Bakı. Trend:

Çili paytaxtı Santyaqonun şimalında maye qaz daşıyan yükmaşınının partlaması nəticəsində ən azı 11 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "BioBio" radio stansiyasıxəbər verib.

Səhiyyə departamentindən bildirilib ki, 10 xəsarət alan şəxsxəstəxanadadır. Onlardan altısının vəziyyəti ağırdır və həyatitəhlükəsi olan xəsarətləri var.

Qeyd edək ki, fevralın 19-da paytaxtın Renko kommunasındapartlayış baş verib. İlkin məlumatlara görə, üç nəfər həlak olub.Partlayış maye qaz daşıyan yük maşınının sürücüsünün idarəetməniitirməsi və yol maneəsinə çırpılması nəticəsində baş verib.

Chosen
27
az.trend.az

1Sources