EN

Çilidə yük avtomobili partlayıb: 11 nəfər ölüb

Çilidə yük avtomobili partlayıb: 11 nəfər ölüb

Çilinin paytaxtında maye qaz daşıyan yük avtomobili partlayıb, nəticədə ən azı 11 nəfər həlak olub.

AFN.az-ın məlumatına görə, bu barədə "BioBio" radiosu xəbər yayıb. Səhiyyə departamentinin son məlumatına görə, hazırda xəstəxanalarda daha 10 yaralı var. Onlardan 6-nın vəziyyəti ağır qiymətləndirilir və həkimlər onların həyatı üçün riskin davam etdiyini bildirirlər.

Hadisə fevralın 19-da paytaxtın Renko kommunasında baş verib. Partlayışa səbəb qaz daşıyan yük maşını sürücüsünün idarəetməni itirərək yol çəpərinə çırpılması olub. Güclü qəza nəticəsində yaranan yanğın həmin vaxt magistral yolda hərəkət edən digər bir neçə avtomobili də bürüyüb.

İlkin məlumatlarda 3 nəfərin öldüyü bildirilsə də, fəsadların ağırlığı səbəbindən itkilərin sayı kəskin artıb. Hazırda hadisə yerində istintaq qrupu işləyir və təhlükəsizlik qaydalarının pozulub-pozulmadığı araşdırılır.

Chosen
22
afn.az

1Sources