Türkiyənin Balıkesir bölgəsində hərbi təyyarənin qəzaya uğraması nəticəsində bir pilot həyatını itirib.
Far.Az "Haber Global"a istinadən xəbər verir ki, 9-cu əsas reaktiv aviabazadan havaya qalxan "F-16" tipli döyüş təyyarəsi gecə saatlarında naməlum səbəbdən radarlardan itib.
Balıkesir valisi İsmail Ustaoğlu hadisənin yerli vaxtla saat 01:00 radələrində baş verdiyini bildirib.
Təyyarənin qalıqları İzmir–İstanbul avtomobil yolunun Balıkesirin Naifli kəndi yaxınlığından keçən hissəsində aşkar edilib. Qəza səbəbilə magistral yol hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları və təcili tibbi yardım qrupları göndərilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlamasında qeyd edib ki, təyyarə ilə əlaqə saat 00:56-da kəsilib və bundan sonra hava gəmisi radarda görünməyib. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Qalereya
🔴 Balıkesir 9. Ana Jet Üssü Komutanlığı filosuna ait F-16 uçağı görev uçuşu esnasında 00:50 sıralarında kaza kırıma uğradı.
— VoW (@voiceofworldco) February 24, 2026
1 pilotumuz şehit oldu. 🇹🇷
- Balıkesir Valiliği
https://t.co/PIBjvCNkre
SON DAKİKA: Balıkesir’de F-16 uçağının düştüğü ilk anlar böyle görüntülendi. pic.twitter.com/NSW3U17TQs
— Pusholder (@pusholder) February 25, 2026