EN

Britaniya və Fransa Kiyevi nüvə bombası ilə silahlandırmağa hazırlaşır -RUSİYA KƏŞFİYYATI

Britaniya və Fransa Ukraynaya nüvə silahı vermək istəyir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (“SVR”) məlumat yayıb.

 

Bildirilib ki, London və Paris Kiyevi nüvə bombası ilə silahlandırmağa hazırlaşırlar: “Elitalar məğlubiyyəti qəbul etməyə hazır deyil. Hesab olunur ki, Ukraynanın “möcüzə” ilə təchiz olunması lazımdır. Kiyev nüvə bombasına və ya heç olmasa sözdə “çirkli” bombaya sahib olarsa, hərbi əməliyyatlara son qoymaq üçün daha əlverişli şərtlər tələb edə biləcək”.

 

“SVR” Almaniyanın bu təhlükəli planlarda iştirak etməkdən müdrikcəsinə imtina etdiyini də vurğulayıb. Qeyd olunub ki, Qərb ölkələri vəziyyətin acınacaqlı olduğunu və Ukrayna Silahlı Qüvvələrinin əli ilə Rusiyanı məğlub edə bilməyəcəklərini dərk edirlər: “Buna görə də onlar nüvə silahlarını əhatə edən bir plan üzərində fəal şəkildə işləyirlər. Söhbət bu sahədə Avropa komponentlərinin, avadanlıqlarının və texnologiyalarının gizli şəkildə ötürülməsindən gedir. Fransanın M51.1 sualtı qayığından buraxılan TN75 kiçik ölçülü döyüş başlıqlı ballistik raket bir variant kimi nəzərdən keçirilir. Britaniya və Fransanın planları beynəlxalq hüququ kobud şəkildə pozduğundan, onlar bunu sanki silahları Ukraynanın özünün hazırladığı kimi təqdim etmək istəyirlər”.

 


Chosen
30
senzor.az

1Sources