EN

Xocalı faciəsi qurbanlarının xatirəsi Almaniyanın Maqdeburq şəhərində yad edilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Berlin, 25 fevral, AZƏRTAC

Xocalı faciəsi qurbanlarının xatirəsi Almaniyanın Maqdeburq şəhərində yaşayan soydaşlarımız tərəfindən də anılıb.

AZƏRTAC xəbər verir ki, Maqdeburqda fəaliyyət göstərən Azərbaycan Evində faciə qurbanlarının xatirəsinə həsr olunmuş anim tədbiri keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Almaniyadakı Azərbaycan diasporunun fəal üzvlərindən olan Yaşar Niftəliyev anım tədbirində çıxış edərək soyqırımının ağır nəticələrindən danışıb. O, 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verildiyi və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü kimi elan olunduğu qeyd edilib. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, Xocalının azad edilməsi, bu şəhərin sakinlərinin doğma yurdlarına qayıdışı və müharibə cinayətkarlarının ədalət mühakiməsi qarşısına çıxarılması tarixi ədalətin təcəssümüdür.

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsinin daim Azərbaycan xalqının yaddaşında yaşayacağı qeyd olunub, bu soyqırımının tanıdılmasında “Xocalıya ədalət” kampaniyasının önəmi vurğulanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
azertag.az

1Sources