EN

Norveç kralı V Harald Tenerifedə xəstəxanaya yerləşdirilib

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Norveç kralı V Harald infeksiyaya yoluxduğu üçün Tenerifedə xəstəxanaya aparılıb.

Oxu.Az "Royal Central"a istinadən xəbər verir ki, bu barədə kral ailəsi məlumat yayıb.

Bildirilib ki, 89 yaşlı monarx müalicə alır və özünü yaxşı hiss edir. Kralın şəxsi həkimi yerli tibb işçilərinə dəstək göstərmək üçün xəstəxanaya yollanıb.

Xatırladaq ki, 2024-cü ilin martında V Haralda ürək döyüntülərinin zəifləməsi səbəbindən daimi kardiostimulyator yerləşdirilmişdi. Həmin vaxt onun ürəyinə təsir edən infeksiya aşkar edilmişdi. Daha sonra kral Oslo Universitet Xəstəxanasından evə buraxılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
oxu.az

1Sources