EN

Qarabağ dan antirekord: Çempionlar Liqasında bir mövsümdə 30 qol

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı tarixi mövsümü antirekordla yadda qalıb.

Teleqraf xəbər verir ki, turnirin pley-off mərhələsinin cavab oyununda "Sent-Ceyms Park"da "Nyukasl"a 2:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi bir mövsüm ərzində qapısında ən çox qol görən komanda kimi turnirin tarixinə düşüb.

Bakıdakı ilk görüşdə (1:6) qapısından 6 top buraxan "Qarabağ" cavab oyunundakı 3 qolla birlikdə cari mövsüm Çempionlar Liqasında buraxdığı qolların sayını 30-a çatdırıb.

Bununla da Azərbaycan çempionu 2001/02 mövsümündə 28 qol buraxan Almaniyanın "Bayer Leverkuzen" klubunun antirekordunu geridə qoyub.

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə (3:9) turnirlə vidalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
sherg.az

2Sources