EN

"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı -

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Metbuat.az-ın məlumatına görə, "Sent-Ceyms Park" stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.***01:16UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında hesab yenidən dəyişib.Metbuat.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda Ağdam təmsilçisi meydan sahiblərinin qapısından ikinci qolu keçirib - 3:2.57-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini Marko Yankoviç yerinə yetirib. Rəqib qapıçı ilk zərbəni qaytarsa da, geri dönən topu Elvin Cəfərquliyev dəqiq tamamlayıb.***01:10UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçının ikinci hissəsində ardıcıl iki qol vurulub.Metbuat.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda əvvəlcə "Qarabağ" buraxılan qollardan birinin əvəzini çıxıb - 2:1.51-ci dəqiqədə Kamilo Duran hesab arasındakı fərqi azaldıb. Lakin 1 dəqiqə sonra meydan sahiblərinin heyətində Sven Botman fərqlənərək yenidən komandasının üstünlüyünü möhkəmləndirib - 3:1.***01:02UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissə başlayıb.Metbuat.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahiblərinin 2:0 hesablı üstünlüyü davam edir.Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.***00:47UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk hissə başa çatıb.Metbuat.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.***00:08UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci qol vurulub.Metbuat.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabdakı üstünlüklərini artırıblar - 2:0.Joelinton 6-cı dəqiqədə fərqlənib.***00:06UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk qol vurulub.Metbuat.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.5-ci dəqiqədə Sandro Tonali adını tabloya yazdırıb.***00:00UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.Metbuat.az xəbər verir ki, qarşılaşma "Sent-Ceyms Park" stadionunda keçirilir.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.

Chosen
15
6
metbuat.az

10Sources