EN

Məşhur aktyorun 42 yaşlı qızı İNTİHAR ETDİ

Martin Şortun 42 yaşlı qızı intihar etdi.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Tanınmış aktyor Martin Şortun 42 yaşlı qızı Ketrin intihar edərək həyatına son qoyub. Məlumata görə, o, odlu silahla özünə atəş açıb.

Ketrin Martin Şortun və 30 il evli olduğu həyat yoldaşı Nensi Dolmanın övladlığa götürdüyü qızı idi. Qeyd edək ki, aktyorun xanımı Nensi 2010-cu ildə vəfat edib. O, sağlığında Los-Ancelesdə psixoloji problemləri olan sakinlərə kömək etməsi ilə tanınırdı.

Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
42
1
interpress.az

2Sources