Bakı, 25 fevral, Cavid Əliyev, AZƏRTAC
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda təşkil olunan görüşün fəsiləsinə rəqib 2:0 hesablı üstünlüklə yollanıb.
Qolları Sandro Tonali və Joelinton vurublar.
00:02
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, görüş "Sent-Ceyms Park" stadionunda keçirilir.
Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edir.