EN

Mən nə qədər axmağam, vaxtımı nəyə sərf etmişəm? Messinin uşaqlıq peşmançılığı

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Lionel Messi uşaqlıqda ingilis dilini öyrənmədiyinə görə peşman olduğunu etiraf edib.

Sportal.az xəbər verir ki, Argentina millisinin hücumçusu öz açıqlamasında bunları qeyd edib:

“Bir çox şeyə görə peşmanam və bunu uşaqlarıma da deyirəm. Yaxşı təhsil almaq vacibdir. Elə vəziyyətlərdə olmuşam ki, inanılmaz insanlarla yanaşı idim, amma onlarla danışa bilmirdim. Həmişə düşünürdüm: ‘Mən nə qədər axmağam, vaxtımı nəyə sərf etmişəm?"

O vurğulayıb ki, futbol həyat tərzidir və insana dəyərlər, ömürlük əlaqələr, yeni yerlər görmək imkanı verir. “Biz zirvəyə çatdıq, hər şeyə nail olduq. Amma başqa bilik və təcrübələr də qazanmaq olar”, – deyə o əlavə edib.

Messi qeyd edib ki, futbol insanı tərbiyə edir və o, uşaqlarına mütləq təhsil almalarını tövsiyə edir. “Mən heç vaxt nəyinsə çatışmazlığını hiss etməmişəm, amma onların vəziyyəti fərqlidir – daha çox imkanları var. Uşaq olanda bunu anlamırsan. Bəzən özümü savadsız kimi hiss edirdim”, – deyə futbolçu bildirib.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
sportal.az

2Sources